Noy
2021
09:46
134
24
6416
Virtual karabakh

Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz"ı niyə işləmir? - FOTO

4 Noy, 2021
09:46
6416

Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz"ı niyə işləmir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisçisi olduğu “Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər. 

Hazırda isə təşkilat maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir. 

Məsələ ilə bağlı “Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətinin dondurulduğunu təsdiqləyib: 

“Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiniz niyə maliyyə ayrılmır? Həmçinin koronavirus pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master-klass edə bilmirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri