30 
Noy
2021
14:34
25
183
920
Virtual karabakh

Minaya düşmə hadisələrinin çoxu azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

30 Noy, 2021
14:34
920

Minaya düşmə hadisələrinin çoxu azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Statistik təhlil göstərir ki, minaya düşmə hadisələrinin 51 %-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 %-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyindən verilən məlumata görə, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər minaya düşmə hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Son günlər minaya düşmə hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.

Mina hadisələri kontekstində Ermənistanın mina xəritələrini hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri