30 
Noy
2021
18:54
321
57
6844
Virtual karabakh

Qəzaya uğrayan hərbi helikopterin “qara qutu”su tapılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin “qara qutu”su tapılıb.

Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.

“Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır”, - qurumdan bildirilib.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri