Dek
2021
13:48
26
340
9768
Virtual karabakh

Helikopter qəzası ilə bağlı suallara aydınlıq gətirildi - VİDEO

Noyabrın 30-u səhər saatlarında Qaraheybət aviasiya poliqonunda baş verən helikopter faciəsi zamanı 14 hərbi qulluqçunun həyatını itirməsi cəmiyyət arasında böyük rezonans yaratdı. Hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif fərziyyə və suallar ortaya atıldı. Hətta peşəkarlığı sual altında olan “ekspertlər” tərəfindən də kifayət qədər dezinformasiyalar yayıldı. 

“Bu qədər yüksək rütbəli hərbçi necə bir yerdə helikopterdə uçub?”, “əslində, helikopter vurulub” kimi əsassız və sübutu olmayan fikirlər sürətlə xəbər lentlərində yer aldı. İstintaqın hazırkı mərhələsində müəyyən olunub ki, təlim uçuşu yerinə yetirmək üçün havaya qalxan helikopter enmə zamanı qəzaya uğrayıb. Hər hansı kənar müdaxilənin olması istisna olunur. Ancaq rəsmi məlumatı gözləmədən “helikopter, əslində, nasaz olub” kimi fikirlər də özünə geniş auditoriya tapdı. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov yayılan əsassız fikirlərə münasibət bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri