Dek
2021
12:42
14
147
1606
Virtual karabakh

Təhsil naziri: “Niyə bizdə tədqiqat yoxdur?!”

2 Dek, 2021
12:42
1606

Təhsil naziri: “Niyə bizdə tədqiqat yoxdur?!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni mövzuları Azərbaycan ali təhsil sisteminə gətirməliyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”nda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib. 

“Ciddi şəkildə tərəfdarı olduğum məsələ budur ki, tədqiqat alətdir. Yəni bu tədqiqatın nəticəsi nəyə xidmət edir?! Niyə bizdə tədqiqat yoxdur?! Bunun səbəblərindən biri odur ki, tədqiqatın bir faydası olmalıdır. Tədqiqatın dəyər zəncirində öz yeri olmalıdır. Daha sonra tədqiqat nəticəsinin yeni tədqiqata keçməsi, yoxsa sənayeləşməsinə baxılmalıdır. Çalışmalıyıq ki, elmimiz və ali təhsil müəssisələrimiz dünyaya açılsın. Bizim tədqiqatlar qərara qədər bir neçə təsdiq mərhələsindən keçsin”, - deyə nazir qeyd edib.

O qeyd edib ki, təhsil proqramları modern, müasir olmalıdır və tələblərə cavab verməlidir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri