Dek
2021
21:20
188
13
3180
Virtual karabakh

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – FOTO

2 Dek, 2021
21:20
3180

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Şirvan şəhər sakini Elçin Qəhrəmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. 

Dindirilmə zamanı E.Qəhrəmanov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Seymur Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı isə psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri Əfqan Bədəlov və Canbulad Nərimanov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb. 

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri