Dek
2021
19:08
42
152
1681
Virtual karabakh

Ötən gün dörd nəfər toyda niyə CƏRİMƏLƏNDİ?

3 Dek, 2021
19:08
1681

Ötən gün dörd nəfər toyda niyə CƏRİMƏLƏNDİ?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-də Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi ( DİN ) məlumat yayıb.

Bildirilib ki, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinq 101 şadlıq sarayında, iki şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Yoxlamalar zamanı toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, dörd nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 17 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri