27 
Dek
2021
16:20
15
221
1962
Virtual karabakh

Sabirabadda 2500 sakini olan kənddə həkim tapılmır? - VİDEO

27 Dek, 2021
16:20
1962

Sabirabadda 2500 sakini olan kənddə həkim tapılmır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir. 

2500 nəfərdən çox əhalisi olan kəndin sakinləri deyir ki, problemləri xirtdəyə kimidir. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hər yerdən əli üzülün kənd sakinləri Baku TV-yə üz tutublar. 

Deyirlər ki, kənddə nə həkim var, nə də tibb məntəqəsi. Kənddə bir tibb məntəqəsinə oxşar tikili var ki, onu da sakinlər öz vəsaitləri hesabına inşa etdiklərini bildirirlər. Onun da qapıları bağlıdır. 
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.

Ətraflı süjeti təqdim edirik:

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri