30 
Dek
2021
18:12
86
59
2024
Virtual karabakh

Moskva Satira Teatrının direktoru Məmməd Ağayev işdən çıxıb

30 Dek, 2021
18:12
2024

Moskva Satira Teatrının direktoru Məmməd Ağayev işdən çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmməd Ağayev Moskva Satira Teatrının direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

APA-nın xəbərinə görə, bu barədə teatrın bədii rəhbəri Sergey Qazarov məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Moskva meriyasının rəsmi saytında Moskva Dram Teatrının Moskva Akademik Satira Teatrına qoşularaq yenidən təşkil olunduğu barədə xəbər dərc olunub.

“Bəli, düzdür. Mən onun getməsini istəməzdim, amma bu, onun qərarı olub. O, teatrımızı ən yaxşı formada saxlayan böyük, ciddi idarəçidir”, - Qazarov teatrların birləşməsinə həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, yeni direktor kimin olacağı hələ məlum deyil.

Qeyd edək ki, Məmməd Ağayev 1992-ci ildən Moskva Satira Teatrının baş direktoru vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri