Yan
2022
17:44
36
568
5635
Virtual karabakh

Bakıda eks-deputatdan gözlənilməz addım: Ağacları kəsərək ərazini zəbt edib? - AÇIQLAMA + FOTO

5 Yan, 2022
17:44
5635

Bakıda eks-deputatdan gözlənilməz addım: Ağacları kəsərək ərazini zəbt edib? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında anbar sahəsini artırmaqla sözügedən ərazini pul və ya nüfuz hesabına zəbt edərək adına rəsmiləşdirdiyi iddia olunur.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumatda iddia olunur ki, eks-deputat həmin ərazidə ağacları kəsərək məhv edib və boş ərazi şəkilində saxlayıb.

Faktla əlaqədar güc strukturlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri