14 
Yan
2022
13:12
175
94
1336
Virtual karabakh

Komitə rəsmisi: “Övladına qarşı zorakılıq edən şəxs valideynlik hüququndan məhrum edilə bilər”

14 Yan, 2022
13:12
1336

Komitə rəsmisi: “Övladına qarşı zorakılıq edən şəxs valideynlik hüququndan məhrum edilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşağın yaşı çox azdır və artıq travma alıb. Uşaq məktəbəqədər təhsil pilləsində ilkin bacarıq və vərdişlərə yiyələnir. Amma bu zaman uşağın travma alması yolverilməzdir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, uşağın vəziyyəti qiymətləndiriləcək və ailə ziyarət ediləcək:

“Əgər valideyn valideynlik hüquqlarından sui-istifadə edirsə, uşağa qarşı zorakılıq edirsə, valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıla bilər.

O, valideynlik hüququndan məhrum edilə və inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər”.

“Bu cür hallar uşaqlarda travma yaradır və bunun təsirləri uzun illər onlarda qalır. “Mənim övladımdır, özüm bilərəm”, - deyib zorakılığa haqq qazandırmaq yolverilməzdir”, - deyə qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri