14 
Yan
2022
17:16
15
143
3199
Virtual karabakh

Təhsil şöbəsindən 4 şagirdi olan məktəb barədə AÇIQLAMA - VİDEO

14 Yan, 2022
17:16
3199

Təhsil şöbəsindən 4 şagirdi olan məktəb barədə AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Təhsil Şöbəsi (RTŞ) Qoydan kəndində yerləşən və yararsız şəraitdə olan məktəb ilə bağlı açıqlama verib. 

RTŞ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud tikili ayrıca məktəb deyil, Əhən kənd ümumi orta məktəbinin nəzdində tikilidir:

“2020-ci ildə Qoydan kənd sakinləri ərizə ilə İsmayıllı Rayon Təhsil Şöbəsinə müraciət edərək kənddə olan bir neçə ibtidai sinif şagirdinin hər gün Əhən kəndinə getməsi məsələsi barədə köməklik göstərilməsini xahiş edib.

Bu istiqamətdə Qoydan kəndində Əhən kənd ümumi orta məktəbinin bir komplekt sinfinin yaradılmasına dair Təhsil Nazirliyindən razılıq alınıb. Mərkəzləşdirilmiş qaydada bu sinifdə tədrisin aparılması üçün müəllim təyin edilib. 

Əhən kənd orta məktəbinin direktorunun, müəllimlərin və valideynlərin izahatlarına əsasən, burada təhsilin səviyyəsi qənaətbəxşdir. Mediada yayılan məlumat həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə İsmayıllı rayonunun Qoydan kəndində yerləşən və cəmi birotaqlı dörd şagirdi olan məktəbin şəraitsiz vəziyyəti barədə məlumat yayılıb

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri