19 
Yan
2022
14:08
8
615
3813
Virtual karabakh

İki gün əvvəl hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq öldü

19 Yan, 2022
14:08
3813

İki gün əvvəl hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. 

Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib. 

Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparsa da, oğlan orada dünyasını dəyişib.

Qeyd edək ki, iki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri