20 
Yan
2022
13:24
148
70
1248
Virtual karabakh

SOCAR 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı videoçarx yayımlayıb - VİDEO

20 Yan, 2022
13:24
1248

SOCAR 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı videoçarx yayımlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı videoçarx yayımlayıb.

Oxu.Az xəbər verir ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan videoçarx SOCAR-ın rəsmi sosial media hesabında paylaşılıb.  

Videoçarxda faciəni qaçılmaz edən səbəblər və dövrün siyasi mənzərəsi haqqında məlumat verilib.

Həmçinin SSRİ rəhbərliyinin himayəsilə erməni millətçilərinin dövlətimizə qarşı torpaq iddiası, ermənilərin məkrli planlarının və işğalçı siyasətin davamı olaraq soydaşlarımızın Ermənistandakı tarixi torpaqlarından qovulması kimi Azərbaycan xalqını ayağa qaldıran tarixi proseslər və 1989-cu ilin payızından başlayan fasiləsiz mitinqlərin nəticələrindən bəhs edilib.

Videoçarxı təqdim edirik: 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri