21 
Yan
2022
16:36
150
10
2073
Virtual karabakh

Neftçalada itkin düşən məktəbli tapılıb - VİDEO

21 Yan, 2022
16:36
2073

Neftçalada itkin düşən məktəbli tapılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda itkin düşən 16 yaşlı məktəbli oğlan tapılıb.

“Report”un məlumatına görə, rayonun I Mayak kənd sakini, 2006-cı il təvəllüdlü Lətifov Rəvan Elşən oğlu bu gün səhər saatlarında doğulduğu kəndə qayıdıb.

R.Lətifov evdən getməsini valideynlərinə etiraz əlaməti olaraq əsaslandırıb. O, ötən gün axşam saatlarında evdən çıxıb, əvvəlcə Salyan rayonuna, sonra isə Bakıya yola düşüb. Gecə saatlarında paytaxtda yarımtikililərin birində qalıb. Ertəsi gün evə qayıdarkən isə axtarıldığını eşidib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri