21 
Yan
2022
18:15
170
99
3620
Virtual karabakh

Qarabağa səfər üçün bileti necə alaq? - VİDEO

21 Yan, 2022
18:15
3620

Qarabağa səfər üçün bileti necə alaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan ərazilərə səfər etmək üçün bilet satışının həyata keçirildiyi “yolumuzqarabaga.az” saytı aktivləşib.

Qarabağa səfər etmək istəyənlər əvvəlcə sayta daxil olub qeydiyyatdan keçməlidir. Bunun üçün əvvəlcə sistemin şərtləri və qaydaları ilə tanış olub, “qəbul et” bölməsini seçmək lazımdır. Daha sonra şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsi və mobil nömrə sayta daxil edilir. 

Qeydiyyat prosesi tamamlandıqdan sonra artıq bilet əldə etmək üçün müvafiq xanaları doldurmaq mümkün olur. Əvvəlcə yola düşdüyünüz məntəqə, daha sonra isə gedəcəyiniz istiqamət seçilir.

Gediş tarixi və sərnişin sayı da göstərildikdən sonra axtar bölməsini seçmək lazımdır. Növbəti səhifədə yola düşəcəyiniz saat, səfər edəcəyiniz avtobusun modeli, boş yerlərin sayı və qiymət göstərilir. Açılan yeni səhifədə lazım olan şəxsi məlumatlar da doldurulduqdan sonra irəli bölməsini seçirik. Bundan sonra avtobusda əyləşmək istədiyimiz yeri daxil edir və “sərnişin seç” bölməsindən bunu təsdiq edirik. Telefona göndərilən yoxlama kodunu yazıb, ödəniş məbləğini təsdiqləyirik. Kart məlumatlarını yazıb, ödəniş etdikdən sonra proses tamamlanır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri