22 
Yan
2022
18:00
126
44
1291
Virtual karabakh

Son bir ildə övladlığa verilən uşaqların sayı AÇIQLANDI

22 Yan, 2022
18:00
1291

Son bir ildə övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verilib. 

Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılıb, övladlığagötürmə sahəsində yeni müasir idarəetmə mexanizmi yaradılıb. 

Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib. 

Övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.

2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət də təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan  600 manata çatdırılıb. 

Ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən  ailələrinə qayıdışına nail olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri