24 
Yan
2022
13:12
51
25
1931
Virtual karabakh

Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı artırılıb - VİDEO

24 Yan, 2022
13:12
1931

Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı artırılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Belə ki, Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə çatdırılıb. 

Oxu Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Agentliyin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib: 

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs 
2. Mərkəzi Klinik Xəstəxana 
3. Caspian International Hospital 
4. Respublika Diaqnostika Mərkəzi 
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 
6. Gəncə Beynəlxalq Xəstəxanası 
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 
8. Mərkəzi Neftçilər Xəstəxanası 
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 
10. EGE Hospital 
11. Sumqayıt Hospital 
12. Avrasiya Hospital 
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 
14. Leyla Medical Center 
15. Badam Medical Center 
16. Lor Hospital 
17. Məlhəm Beynəlxalq Hospital 
18. “OKİ” Özəl Tibbi Müalicəxanası 
19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital) 
20. Oksigen Klinik Xəstəxanası 
21. Diaqnoz Tibb Mərkəzi 
22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət 
23. Mediland Hospital 
24. Medera Hospital 
25. Stimul Hospital 
26. Medistyle Hospital 
27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət 
28. “Citolab” MMC 29. “ANES” MMC 
30. “Salam Doktor” MMC 
31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 
32. İstanbul NS klinikası MMC 
33. “Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət 
34. “ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL)

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri