25 
Yan
2022
11:48
13
188
4170
Virtual karabakh

Nazirlikdən vətəndaşın əlillik pensiyasının kəsilməsinə CAVAB - FOTO

25 Yan, 2022
11:48
4170

Nazirlikdən vətəndaşın əlillik pensiyasının kəsilməsinə CAVAB - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayon sakini onun əlillik təyinatının düzgün aparılmadığını iddia edir. 

Oxu.Az-a müraciət edən Ucar rayon sakini Əzizov Şahlar Allahverdi oğlu bildirib ki, artıq ikinci dəfədir ki, ona əlilliyin təyinatı ilə bağlı imtina cavabı gəlir:

“Əlilliklə bağlı aldığım vəsait kəsilib. Bu barədə müraciət etsəm də, imtina cavabı gəlir. Sənədlərim elektron sistemə doğru daxil edilmir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ucar rayon sakini Əzizov Şahlar Allahverdi oğlunun əlillik müddəti ötən il başa çatıb.

27.09.2021-ci il tarixində Ucar rayon mərkəzi xəstəxanası tərəfindən e-sistemə daxil edilən göndərişdə Ş.Əzizovun son illərdə stasionar müalicələrdə olması, hazırkı vəziyyətində ağırlaşmalar barədə məlumatların qeyd edilməməsi səbəbindən əlillik təyinatından imtina edilib.

Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən Ş.Əzizov bir daha əyani şəkildə müayinə olunacaq. Müayinənin nəticəsinə əsasən müvafiq qərar veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri