25 
Yan
2022
22:34
511
41
1637
Virtual karabakh

Sankt-Peterburqda şəhərin müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi əbədiləşdirilə bilər

25 Yan, 2022
22:34
1637

Sankt-Peterburqda şəhərin müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi əbədiləşdirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib.

Bu barədə çərşənbə axşamı şəhər qubernatorunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu gün A.Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd edib ki, müharibə zamanı azərbaycanlılar Sovet İttifaqının digər xalqlarının nümayəndələri kimi Leninqradın müdafiəsinə qalxıblar

Sankt-Peterburq qubernatoru həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı meydana bəstəkar Üzeyir Hacıbəyovun adı verilib. Çərşənbə axşamı bəstəkarın gələcək abidəsinin yerindəki parkda təməlqoyma mərasimi olub.

Bununla yanaşı Beqlov ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.

Görüşdə səfir Polad Bülbül oğlu bildirib ki, Azərbaycan tərəfi Sankt-Peterburqla iqtisadi, elmi-texniki və mədəni sahələrdə uzunmüddətli saziş bağlamaq təklifini irəli sürüb, həmçinin şəhərin nümayəndə heyətini Bakıya səfərə dəvət edib.

Anar Ələkbərov isə öz növbəsində vurğulayıb ki, Heydər Əliyev Fondu Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində 2022-ci ildə bir neçə gənclər forumları hazırlayır. O, Sankt-Peterburq gənclərini mart ayında baş tutacaq növbəti belə tədbirdə iştirak etməyə çağırıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri