26 
Yan
2022
10:16
14
203
1475
Virtual karabakh

Bakının mərkəzi küçəsində işıqforlarda problem yarandı - YENİLƏNİB + FOTO

26 Yan, 2022
10:16
1475

Bakının mərkəzi küçəsində işıqforlarda problem yarandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər saatlarından işləməyən işıqforlar artıq bərpa edilib. 

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verilib.

Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi:

“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib”.

10:02

Bakıda işıqforların işləməməsi nəqliyyatın hərəkətini çətinləşdirib.

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindən gedir. 

Sözügedən küçələrdə səhər saatlarından işıqforların işləməməsinin səbəbi hələlik məlum deyil.

Könül Cəfərli
FOTO: Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri