Mar
2022
12:10
282
20
2002
Virtual karabakh

Ölkəyə altı minatəmizləmə maşını gətirilib - AÇIQLAMA

4 Mar, 2022
12:10
2002

Ölkəyə altı minatəmizləmə maşını gətirilib - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Altı minatəmizləmə maşını artıq Azərbaycana gətirilib”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. 

Onun sözlərinə görə, yeni minatəmizləyən maşınların alınması ilə bağlı ötən il saziş imzalanıb:

“Sifarişlər əsasında maşınlar hazırlanır. Altı maşın artıq Azərbaycana gətirilib, ikisi isə yoldadır. Yaxın günlərdə onlar ölkəmizə daxil olacaq. Qalan maşınlar isə iyuna qədər Azərbaycana çatdırılacaq”. 

Sədr qeyd edib ki, ABŞ-da Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulmuşdu:

“Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri