17 
Mar
2022
21:02
15
387
2398
Virtual karabakh

Həm qırmızı yanır, həm yaşıl: Yolu keçək, ya yox? – VİDEO

17 Mar, 2022
21:02
2398

Həm qırmızı yanır, həm yaşıl: Yolu keçək, ya yox? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gördüyünüz foto son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, işıqforun qırmızı və yaşıl işığı eyni anda yandığı üçün sürücülər yolu keçməyə tərəddüd edir. Çünki bir çoxu cərimə olunacağından qorxur. Bəs görəsən bu vəziyyətdə nə etməliyik?

Görünür bu məsələdə sürücülər də çaş-baş qalıb.

Mövzu ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru Mübariz Ağayev bildirdi ki, bu cür hallarda nişana uyğun hərəkət edilməlidir: ”Yol hərəkəti qaydasının 75-ci maddəsinə əsasən, yanıb sönən sarı işıq olduqda və ya nizamlayıcı olmadıqda, yol ayrıcı nizamlanmayan hesab edilir. Bu zaman sürücülər yol ayrıcındakı nişanlara uyğun olaraq hərəkət etməlidir”.

Mübariz Ağayevin sözlərinə görə, bu zaman hansısa sürücüyə cərimə yazılarsa, sürücü DYP-yə müraciət edərək, yolu kəçən zaman işıqforun işləmədiyini bildirməlidir. Onun sözlərinə görə, bundan sonra vətəndaşın şikayətinə baxılaraq, məsələyə hüquqi qiymət verilir.

Mübariz Ağayev həmçinin bildirdi ki, vətəndaşlar nasaz işıqforları gördükdə “102” qaynar xəttinə zəng edə və yaxud digər hüquq mühafizə orqanlarını məlumatlandıra bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri