19 
Mar
2022
22:35
221
27
1692
Virtual karabakh

Bakı-İstanbul reysi ilə uçuş edən təyyarə hava şəraitinə görə İzmirdə enib

19 Mar, 2022
22:35
1692

Bakı-İstanbul reysi ilə uçuş edən təyyarə hava şəraitinə görə İzmirdə enib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb.

Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb. İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri