21 
Mar
2022
17:01
43
803
19902
Virtual karabakh

Bakıdakı dəhşətli qəzanı törədən sərxoş sürücü: “Doğrudan iki nəfər ölüb?” - YENİLƏNİB + FOTO/VİDEO

21 Mar, 2022
17:01
19902

Bakıdakı dəhşətli qəzanı törədən sərxoş sürücü: “Doğrudan iki nəfər ölüb?” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən “Report”a bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi MAN markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdoldurma daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.

Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Səbuhi Şəfiyev hadisə zamanı sərxoş olub. O, istintaqa verdiyi ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. Müstəntiqin hadisə zamanı digər nəqliyyat vasitəsində olan iki nəfərin öldüyünü bildirəndə S.Şəfiyev məsələyə “Doğrudan iki nəfər ölüb?” deyərək təəccübünü gizlədə bilməyib.

16:21

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda qeydə alınan hadisə zamanı MAN və “Mercedes” markalı avtomobillər toqquşub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

15:45

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır qəza baş verib.

APA xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasına sərxoş vəziyyətdə olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri