Yan
2015
15:50
141
36
12901
Virtual karabakh

Əbülfəz Elçibəy: Ey Manaqua, mən dəniz qurduyam – VİDEO

“Məni duyarmısan?”.

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin müsahibələrindən birini əks etdirən videogörüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, mərhum prezidentin adına açılmış sayt tərəfindən yayılan videodan Əbülfəz Elçibəyin ANS telekanalının aparıcısı Sevil Nuriyevaya müsahibə verdiyi aydın olur.

Müsahibənin hansı ildə lentə alındığı məlum olmasa da, sosial şəbəkə istifadəçiləri mərhum prezidentin işlətdiyi bir ifadə ətrafında qızğın müzakirə aparırlar.

Belə ki, müsahibənin bir anında Əbülfəz Elçibəy hərdən məhkəmədə iştirak edərkən, adi vaxtlarda belə bir ifadə işlətdiyini deyir:

“Son vaxtlar, iki aydır, üç aydır bir fikir beynimdə fırlanır. Bir söz, bir səda gəzir - Ey, Manaqua, mən dəniz qurduyam, məni duyarmısan? Deyirlər məhkəmə olacaq, filan olacaq... Və elə birdən beynimə gəlir, Ey Manaqua, mən dəniz qurduyam, məni duyarmısan?”.

Əbülfəz Elçibəyin həmin ifadəni hansı səbəbdən işlətdiyi qaranlıq olaraq qalır.

Mərhum prezidentə Allahdan rəhmət diləyib, həmin görüntüləri təqdim edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri