23 
Apr
2022
17:50
524
16
3190
Virtual karabakh

Şəhid ailələrini aldadaraq pul alan şəxs həbs edildi - FOTO

23 Apr, 2022
17:50
3190

Şəhid ailələrini aldadaraq pul alan şəxs həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev DİN-ə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək, etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilmişdir ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Qeyd edək ki, sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunmuşdu ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdarda vəsaitlərini ələ keçirib. 

Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18 000 AZN pul alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi araşdırma aparıldığını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri