27 
Apr
2022
17:24
16
700
10837
Virtual karabakh

Atası tərəfindən pəncərədən atılan körpənin anası DANIŞDI - YENİLƏNİB + VİDEO

27 Apr, 2022
17:24
10837

Atası tərəfindən pəncərədən atılan körpənin anası DANIŞDI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda atası tərəfindən pəncərədən atılaraq xəsarət alan körpənin anası övladının son vəziyyəti barədə danışıb.

İTV-yə danışan ana körpənin komada olduğunu və ayılmadığını vurğulayıb:

“Vəziyyəti ağırdır, ayılmır, gözləri çəpləşib. Beyni silkələnib, beyinə qan sızıb, kəllə sümüyü sınıb. Əməliyyat olunmalıdır, amma mənim imkanım yoxdur”.

Daha ətraflı videoda:

11:54

Bakıda bir yaşlı oğluna xəsarət yetirən kişi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun bir yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri