27 
Apr
2022
12:46
206
26
6883
Virtual karabakh

Azərbaycanda COVID-19 pasportu ləğv edilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA

27 Apr, 2022
12:46
6883

Azərbaycanda COVID-19 pasportu ləğv edilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə naziri Teymur Musayev yaxın gələcək üçün ölkədə COVID-19 pasportu tələbinin ləğvi məsələsinin mümkün olub-olmamasına münasibət bildirib.

“Report”un əməkdaşının sualını cavablandıran nazir xatırladıb ki, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir, lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır.

Onun sözlərinə görə, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunur:

“Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur”.

“Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır. Bu da ümidverici faktdır. Bütün hallarda ayıq-sayıq olmağı heç nə inkar etmir” - T.Musayev deyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri