May
2022
18:00
459
33
3929
Virtual karabakh

“TikTok” videosunda Ukrayna xalqını təhqir edən aktyor Rus Dram Teatrını tərk etdi

7 May, 2022
18:00
3929

“TikTok” videosunda Ukrayna xalqını təhqir edən aktyor Rus Dram Teatrını tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna xalqını təhqir etdiyi və Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi “TikTok” videoları ilə media seqmentində müzakirə olunan aktyor Emil Atraşkeviç Azərbaycan Dövlət Rus Dram Teatrını tərk edib.

Teatrın mətbuat katibi İlham Məmmədov Media.Az-a açıqlamasında bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hadisədən sonra bəzi teatr aktyorları E.Atraşkeviçlə işləməkdən imtina ediblər. O, bundan xəbər tutub və öz istəyi ilə istefa ərizəsi yazıb.

Qeyd edək ki, Emil Atraşkeviç artıq Dövlət Rus Dram Teatrının aktyoru deyil.

Xatırladaq ki, insidentdən dərhal sonra Atraşkeviç bütün videoları silərək üzr istəyib:

“Mən bilmirdim və hətta ağlıma da gətirmirdim ki, videolarım etnik nifrət doğura bilər, buna görə indi çox təəssüf edirəm. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm, çünki bu videoları bu məqsədlə çəkməmişəm”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri