May
2022
18:27
21
420
7023
Virtual karabakh

Rus Dram Teatrından aktyorundan Ukraynaya qarşı təhqiramiz çıxışı ilə bağlı AÇIQLAMA - YENİLƏNiB + VİDEO

5 May, 2022
18:27
7023

Rus Dram Teatrından aktyorundan Ukraynaya qarşı təhqiramiz çıxışı ilə bağlı AÇIQLAMA - YENİLƏNiB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən başa düşmürdüm və heç düşünməzdim ki, mənim videoçarxlarım millətlərarası qarşıdurmaya səbəb ola bilər. Ona görə də bununla bağlı çox təəssüf hissi keçirirəm”.

Bu barədə Media.Az-a Ukrayna xalqını təhqir edən, Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi “TikTok” videoları Azərbaycan media seqmentində müzakirə predmeti olan Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Emil Atraşkeviç bildirib.

Onun sözlərinə görə, o, artıq bütün videoları silib və hazırda Ukrayna xalqına müraciət yazmağa hazırlaşır.

“Kimi incitmişəmsə, üzr istəyirəm, çünki bu videoları bu məqsədlə yazmamışam. Mən kiminsə xətrinə dəymək və ya etnik qarşıdurma yaratmaq istəməmişdim. Mən sadəcə həm Azərbaycanı, həm də Rusiyanı sevdiyimi göstərmək istəyirdim. Hətta mənim “TikTok”dakı videolarıma diqqətlə baxsanız, Ukraynanı və Ukrayna xalqını sevdiyimi görəcəksiniz. Mənim damarlarımda rusiyalı, ukraynalı, azərbaycanlı, belarus qanı axır. Uzaq qohumlarım Ukraynadandır, Rusiya Federasiyasında yaşayan nənəm isə etnik ukraynalıdır”, – deyə o qeyd edib.

E.Atraşkeviç iddia edib ki, o, internetdə təqiblərə məruz qaldığı üçün emosiya yüklü bu videoları yayımlamaq məcburiyyətində qalıb.

“Diqqətlə oxusanız, mənim müharibə əleyhinə olan həm ukraynalılar, həm də rusiyalılar tərəfindən çox təhqir olunduğum şərhlərə rast gələ bilərsiniz. Bu, mənim onlara cavabım oldu və buna görə də çox təəssüflənirəm. Mən öz mövqeyimi daha yaxşı izah etməliydim ki, ukraynalılara qarşı deyiləm, bu, şüursuz hərəkət idi”.

17:18

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Emil Atraşkeviçin videoları sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Bu şəxs “TikTok” sosial şəbəkəsində Ukrayna xalqını təhqir edən və Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi bir sıra videolar hazırlayaraq paylaşıb.

O, çəkdiyi videolarda tolerant və çoxmillətli Azərbaycanın ərazisində etnik ədavəti qızışdırır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası bütün digər dövlətlər kimi, Ukraynanın da ərazi bütövlüyünü rəsmən dəstəkləyir.

Öz növbəsində, Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov Media.Az-a açıqlamasında bildirib ki, Emil Atraşkeviçin “fəaliyyətindən” bir gün əvvəl, onun videoları sosial şəbəkələrdə kütləvi şəkildə yayılmağa başlayanda xəbər tutub:

“Bu barədə məlumatı yeni almışam. Biz indi bu məsələ ilə məşğuluq. Bu, düzgün deyil. Bu, Azərbaycan vətəndaşına və Rus Dram Teatrının aktyoruna yaraşmaz. Onu indi tapacam, danışarıq, o belə davranışına görə üzr istəməlidir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri