May
2022
16:15
24
428
4333
Virtual karabakh

Bakıda “Formula-1”ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq - VİDEO

8 May, 2022
16:15
4333

Bakıda “Formula-1”ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Builki “Formula-1” yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron Mariott” otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri