May
2022
17:36
21
187
2832
Virtual karabakh

Jurnalist Aytən Məmmədova ona edilən hücumdan danışdı - VİDEO

9 May, 2022
17:36
2832

Jurnalist Aytən Məmmədova ona edilən hücumdan danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Aytən Məmmədova naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, jurnalist hadisənin necə baş verməsi barədə danışıb.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edilib.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Həmin videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri