13 
May
2022
13:30
80
5
831
Virtual karabakh

Bu il neçə uşaq övladlığa verilib? - AÇIQLAMA

13 May, 2022
13:30
831

Bu il neçə uşaq övladlığa verilib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin dörd ayı ərzində Azərbaycanda 90 uşaq övladlığa verilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin noyabr ayının 1-dən indiyə qədər 238 uşaq övladlığa verilib:

“Onlardan 123-ü oğlan, 115-i isə qız olub. Üç yaşadək 148, 4-11 yaşda 70, 12-18 yaşda isə 20 uşaq övladlığa götürülüb”.

O qeyd edib ki, 2019-cu ildən indiyədək övladlığagötürmə ilə bağlı qeydə alınan 643 müraciətdən 101-i nənə-babalardır, 61-nə müsbət rəy, 31-nə isə imtina cavabı verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri