16 
May
2022
15:29
59
145
2530
Virtual karabakh

Paytaxtda sürücüləri çaşdıran işıqfor təmir edildi - YENİLƏNİB + FOTO

16 May, 2022
15:29
2530

Paytaxtda sürücüləri çaşdıran işıqfor təmir edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunun Lütfizadə küçəsində sürücüləri çaşdıran işıqfor artıq təmir edilib. 

Bununla bağlı Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Həmin ərazidən fotoları təqdim edirik:

14:45

Bakıda işıqfor dörd gündür sürücüləri çaş-baş salıb.

Oxu.Az xəbər verir ki, söhbət Xətai rayonunun Lütfizadə küçəsindən gedir. 

Hərəkət iştirakçıları deyir ki, küçədə hər gün qəza şəraiti yaranır:

“Lap film kimi səhnədir, kinoda “oxu, ya oxuma” deyilən kimi, biz də bilmirik “sürək, yoxsa sürməyək”. Artıq dörd gündür vəziyyət belədir. İşıqfor 7 saylı Şəhər Poliklinikasının yaxınlığındadır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a bildiriblər ki, sözügedən küçədə işıqforun nasaz olduğundan məlumatlıdırlar:

“Aidiyyəti üzrə əməkdaşlar tərəfindən işıqfora baxış keçirilib. Problem texniki nasazlıq səbəbindən baş verib. Qısa zamanda işıqforun fəaliyyəti bərpa ediləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri