18 
May
2022
17:12
78
531
14110
Virtual karabakh

Filarmoniyanı gecə klubuna çevirən sahibkar barəsində tədbir görüləcək - YENİLƏNİB + VİDEO

18 May, 2022
17:12
14110

Filarmoniyanı gecə klubuna çevirən sahibkar barəsində tədbir görüləcək - YENİLƏNİB + VİDEO

“M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.

10:22

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib.

Bu barədə Demokrat.az məlumat yayıb.

Saytın əldə etdiyi görüntülərdə Azərbaycanın mədəniyyət ocaqlarından birində gənclərin təşkil etdiyi əyləncə dolu gün əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri