20 
May
2022
12:48
329
15
2356
Virtual karabakh

Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO

20 May, 2022
12:48
2356

Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyinin Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gənclərin Təcili Tibbi Yardımın “103” Çağrı mərkəzinə zəng edərək operatoru ələ salmasına dair sosial şəbəkələrdə yayılan xoşagəlməz videogörüntülərə münasibət bildirib.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Oxu.Az-ın sorğusuna verdiyi cavaba görə, məsələ ilə bağlı araşdırma aparılıb:

“Bu hadisə Bakı Təcili Tibbi Yardım Mərkəzində qeydə alınmayıb. Amma ümumilikdə bu kimi davranışlar yolverilməzdir. Həmin şəxslər telefon xəttini məşğul etməklə təcili tibbi yardıma həqiqətən ehtiyacı olan bir insanın haqqına girmiş olur, iş başında öz vəzifə borcunu yerinə yetirən işçiyə əsəb gərginliyi yaradırlar. Fikrimizcə, bu barədə hüquq mühafizə orqanları araşdırma aparıb lazımi tədbir görməlidirlər”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə gənclərin Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət etdiklərinə dair görüntülər yayılıb. Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, - deyərək Xidmətin operatorunu ələ salıblar. Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri