24 
May
2022
12:42
14
153
1287
Virtual karabakh

Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO

24 May, 2022
12:42
1287

Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygölün Hacıməlik qəsəbəsindəki tibb məntəqəsi uzun illərdir baxımsız haldadır. Burada hər-hansı tibbi yardımdan söhbət gedə bilməz. Məntəqə odun parçaları ilə dolub-daşır, tibbi avadanlıqlar isə haraya gəldi atılıb.

Bina tibb müəssisəsinə uyğunlaşdırılıb. Dərmanların saxlanması üçün nəzərdə tutulan soyuducular tamamilə boşdur. Ən ciddi məsələ isə burada ixtisaslı həkimin olmamasıdır.

Hacıməlik qəsəbəsi Göygölün ən iri yaşayış massivlərindən biri hesab edilir. Burada beş minə yaxın sakin yaşayır. Onlara yaxın ərazidə tibbi xidmət göstərən yeganə həkim məntəqəsi isə məhz bu tikilidir.

Rəsmi statistikaya görə, hazırda Göygöl rayonunda 33 tibb məntəqəsi var. Rayonun Mərkəzi Xəstəxanasından isə bildirilib ki, təmirə ehtiyacı olan tibb məntəqələri bu il siyahıya salınacaq.

Tibb məntəqəsində ixtisaslı həkimlərin olmamasına gəlincə, cari ildə bu problem də aradan qaldırılacaq və Göygöl rayonunun kəndlərində fəaliyyət göstərən tibb və həkim məntəqələrinə tam ixtisaslı həkimlər ayrılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri