29 
May
2022
12:48
114
17
4168
Virtual karabakh

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

29 May, 2022
12:48
4168

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri