31 
May
2022
11:39
16
75
897
Virtual karabakh

Vətəndaşlar hansı hallarda dövlət hesabına vəkillə təmin olunurlar? - AÇIQLAMA

31 May, 2022
11:39
897

Vətəndaşlar hansı hallarda dövlət hesabına vəkillə təmin olunurlar? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkəmizdə ehtiyacı olan şəxslərin mülki işlər üzrə ödənişsiz hüquqi yardıma əlçatanlığı məhduddur. Birinci instansiya və apellyasiya məhkəmələrində deyil, kassasiya şikayətinin yazılması, Ali Məhkəmədə iştirak və əlavə kassasiya şikayətinin yazılması və iştirakla bağlı aztəminatlı vətəndaşlar dövlət hesabına vəkillə təmin oluna bilirlər”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün pulsuz hüquqi yardım məsələsi çox həssas məsələdir:

“Pulsuz hüquqi yardımla bağlı qanunda müvafiq standart yoxdur. Bu çox çətin məsələdir. Ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımların göstərilməsi üçün qanuna dəyişiklik edilməli və həmin şəxslərin pulsuz hüquqi yardıma əlçatanlığı təmin edilməlidir. Bu istiqamətdə də Vəkillər Kollegiyası Mediasiya Şurasına tam dəstək verməyə hazırdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri