İyn
2022
12:51
85
88
1799
Virtual karabakh

Sabah havanın temperaturu 36 dərəcəyədək ARTACAQ

1 İyn, 2022
12:51
1799

Sabah havanın temperaturu 36 dərəcəyədək ARTACAQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 2-nə olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri