İyn
2022
19:23
223
240
3987
Virtual karabakh

Yelena Malışeva: “Mən rus qadınıyam və rus qadınları azərbaycanlı kişiləri sevirlər”

3 İyn, 2022
19:23
3987

Yelena Malışeva: “Mən rus qadınıyam və rus qadınları azərbaycanlı kişiləri sevirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın tanınmış həkimi və teleaparıcısı Yelena Malışeva Bakıda səfərdədir.

Bu gün o, tibb televiziyasının (Səhiyyə TV) verilişində iştirak edib.

“Bu, mənim Bakıya ilk səfərimdir. Bütün bakılı dostlarım deyirdilər ki, əgər bu dəfə də Azərbaycanın paytaxtına gəlməsən, o zaman həyatın boşuna ötüb keçmiş olacaq. Təbii ki, hələ gəzməyə vaxtım olmayıb, amma hotel otağından Xəzərin mənzərəsindən həzz alıram”, - deyə Malışeva Media.az-la öz təəssüratlarını paylaşıb.

Tanınmış teleaparıcı artıq Azərbaycan dilində söz öyrəndiyini etiraf edib. “İndiyə qədər mən ancaq “İnşallah” ifadəsini bilirəm”, - deyə o etiraf edib.

“Akademik Zərifə Əliyeva adına möhtəşəm Milli Oftalmologiya Mərkəzində oldum. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında da oldum. Mənim qəlbimdə yaraşıqlı, ağ saçlı və müdrik kişilər qalacaqlar. Nəzərə alın ki, mən rus qadınıyam, rus qadınları isə azərbaycanlı kişiləri sevirlər”, - deyə o qeyd edib.

Malışeva payızda artıq çəkiliş qrupu ilə birlikdə Bakıya qayıdacağına söz verib.

“Rus dilində veriliş çəkib onu Azərbaycan təbabətinə həsr edəcəyəm”, - deyə o vurğulayıb.

Sonda ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri