23 
İyn
2022
21:52
17
190
2089
Virtual karabakh

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

23 İyn, 2022
21:52
2089

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elməddin Əliyevlə bağlı qərar çıxarılıb və ona bəraət verilib.

Bu barədə “Report”a onun vəkili Elvin Yusifov bildirib.

O qeyd edib ki, bəraət hökmü Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev 2020-ci ilin sentyabrında rayon polis şöbəsinə (RPŞ) ərizə ilə həmyerlisi Elməddin Əliyevin onu şantaj edərək 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar zamanı E.Əliyevin İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal-qara” bazarında mobil telefonla çəkərək “YouTube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün “Mal-qara” bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj yolu ilə 8000 manat tələb etdiyi məlum olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri