26 
İyn
2022
22:36
17
358
2702
Virtual karabakh

Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə binanın eyvanı uçub, ölən var - YENİLƏNİB + FOTO/VİDEO

26 İyn, 2022
22:36
2702

Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə binanın eyvanı uçub, ölən var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Marneulidə yaşayış binasında eyvan uçqunu nəticəsində ölənlərin sayı ikiyə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alan hamilə qadın xəstəxanada dünyasını dəyişib.

Xəsarət alan daha iki nəfər klinkaya yerləşdirilib. Onlardan birini - 8 yaşlı uşağı Tbilisidəki xəstəxanaya köçürüblər.

Yerli sakinlərin sözlərinə görə, uçquna səbəb binanın qəzalı vəziyyətdə olmasıdır.

21:46

azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

“Report”un yerli bürosu xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb.

Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın Tbilisidəki klinikalardan birinə köçürülməsinə qərar verilib.

Əraziyə polis və xilasedicilər cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri