İyl
2022
09:42
20
169
2956
Virtual karabakh

Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

6 İyl, 2022
09:42
2956

Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

İyulun 3-ü saat 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri