14 
İyl
2022
21:08
325
13
1490
Virtual karabakh

İlqar Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı oldu - FOTO

14 İyl, 2022
21:08
1490

İlqar Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevə həsr olunmuş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi olub.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət və incəsənət nümayəndələri, Vətən Müharibəsinin iştirakçıları, qazilər, polkovnik İlqar Mirzəyevin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə polkovnik İlqar Mirzəyevin döyüş yolunun mürəkkəbliyindən danışıb.

Milli Qəhrəman İlqar Mirzəyevin döyüş yoldaşı Təbriz Kərimov isə onu məğrur və vətənpərvər biri kimi xatırladığını vurğulayıb.

Daha sonra film tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, “Artilleriyanın atası” sənədli filmi Mədəniyyət Nazirliyi və Salnaməfilm kinostudiyasının ortaq layihəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri