23 
İyl
2022
14:31
44
357
5813
Virtual karabakh

Cinsi azlıqla bir maşına minmək istəmədi, cərimələndi

23 İyl, 2022
14:31
5813

Cinsi azlıqla bir maşına minmək istəmədi, cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Malakan bağında gənclər arasında insident yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, həmin ərazidə 23 yaşlı Fuad Ağayev (şərti) cinsi azlıq nümayəndəsi C.S. ilə mübahisə edib. Polis əməkdaşları onlara yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman hər iki şəxs Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunub.

F.Ağayev cinsi azlıq nümayəndəsi ilə bir maşına minmək istəmədiyini bildirib. Polis əməkdaşları onu məcburi şəkildə bölməyə aparmağa çalışarkən F.Ağayev polis maşınının şüşəsinə zərbə vurmaqla ziyan yetirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə həmin şəxsin inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib.

Qərara əsasən, F.Ağayev 200 manat məbləğində inzibati cərimə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri