16 
Avq
2022
10:40
189
19
2806
Virtual karabakh

Ağalıda çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyətə başlayıb - FOTO

16 Avq, 2022
10:40
2806

Ağalıda çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 15-də Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb.

Bu barədə AQTA məlumat yayıb.

Həmçinin Agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb.

Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.

Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri