Sen
2022
16:23
15
210
1432
Virtual karabakh

Nazirin müşaviri: “Ucuz qiymətə yaxşı təhsil almaq çətin məsələdir”

8 Sen, 2022
16:23
1432

Nazirin müşaviri: “Ucuz qiymətə yaxşı təhsil almaq çətin məsələdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda ali məktəblərdə təhsil haqqının yüksək olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

“Report”un məlumatına görə, müşavir “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib ki, bəzən ölkədə ali təhsil almağın baha başa gəldiyi, yaxud təhsil haqlarının yüksək olmasını deyir və azaltmağın zəruri olduğunu söyləyirlər.

“Əlbəttə, könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər. Lakin daha ucuz qiymətə daha yaxşı təhsil almaq kifayət qədər çətin məsələdir. Çünki təhsil bahalıdır və ciddi maliyyə təminatı olmalıdır. Burada maliyyənin artırılmasından danışanda həmin vəsaitin doğru istiqamətlərə yönləndirilməsi məsələsi də diqqətə alınmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri