16 
Sen
2022
16:25
281
77
6944
Virtual karabakh

Şəhid Fərid Quliyev Lökbatanda son mənzilə yola salındı - YENİLƏNİB + FOTO/VİDEO

16 Sen, 2022
16:25
6944

Şəhid Fərid Quliyev Lökbatanda son mənzilə yola salındı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2003-cü il təvəllüdlü şəhid Fərid Vahid oğlu Quliyev Lökbatanda Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Oxu.Az xəbər verir ki, Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

Şəhid öncə Qaradağ rayonu Lökbatan qəsəbəsinə, yaşadığı evə gətirilib. Vida mərasimindən sonra şəhid böyük izdihamla son mənzilə yola salınıb.

15:40

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 2003-cü il təvəllüdlü şəhid Fərid Vahid oğlu Quliyevin nəşi Bakıya gətirilərək ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Evin tək oğlu olan Fərid uşaq yaşlarından vətənpərvər ruhda böyüyüb. Qonşuları, qohumları Fəridin tərbiyəli, ədəb-ərkanlı oğlan olduğunu deyirlər. Fərid Quliyev 166 nömrəli məktəb-liseydə təhsil alıb.

Bibisi oğlu Ələsgərov Vasif Oxu.Az-a açıqlamasında bildirib ki, Fərid komandoda xidmət edib:

“Orta təhsilli idi. Təhsilini başa vurduqdan sonra birbaşa həqiqi hərbi xidmətə yollanıb. Sonuncu dəfə ailəsi ilə iki ay əvvəl görüşüb. Hər şeyin yaxşı olduğunu deyib. İrəli getdiyi barədə bizə məlumat verməmişdi”.

Fəridin şəhadət xəbərini ailəsinə hərbi komissarlıqdan veriblər. Bibisi oğlu deyir ki, sentyabrın 13-ü səhər saatlarında zəng gəldi:

“Dedilər ki, Fərid şəhid olub. Gəncəyə gətirdilər. Atası getdi nəşini gətirməyə. Nə deyə bilərik, Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Qeyd edək ki, Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

“Photostock.az” dəfndən görüntülər lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri